“Tottenhem” hücum xəttini gücləndirmək istəyir

29.01.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Tottenhem” hücumçu Yoan Vissanın transferi üçün “Brentford”la əlaqə saxlayıb.

Futbolpress.az xəbər verir ki, forvardın özü də London klubuyla danışıqlar aparıb. Hazırda “Tottenhem” Premyer Liqada keçirdiyi 11 oyunda 1 qələbə ilə uğursuz seriyadadır. Onlar bu böhrandan çıxmaq üçün yeni transferlər etməyi düşünürlər.

28 yaşlı oyunçu bu mövsüm Premyer Liqada artıq 11 qol vurub. Onun hazırkı müqaviləsi 2026-cı ildə başa çatır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью