Icma.az, sport24.az saytına istinadən bildirir.
"Tottenhem" "Benfika"nın hücumçusu Vangelis Pavlidisi yaxından izləyir. Sport24.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.
London klubu "qartallar"ın heyətində 14 nömrəli formanı geyinən futbolçunu iş başında izləmək üçün mütəmadi olaraq skautlarını göndərir.
"Tottenhem" qarşıdakı "transfer pəncərəsi"ndə 25 yaşlı yunan futbolçu üçün rəsmi təklif irəli sürməyi nəzərdən keçirir. "Benfika" isə 2026/27 mövsümünün gedişində özünün ən məhsuldar oyunçusu ilə yollarını ayırmaq niyyətində deyil. Pavlidis cari mövsümdə meydana çıxdığı 20 oyunda 19 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, hücumçunun "Benfika" ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 35 milyon avro qiymətləndirir.