Tottenhem in 100 milyon avroluq hədəfi

21.10.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Benfika"nın hücumçusu Vangelis Pavlidis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Tottenhem" yunanıstanlı forvardın xidmətində maraqlıdır. Bu barədə "A Bola" nəşri məlumat yayıb.

London klubu Pavlidisi gələn yay transfer etməyi planlaşdırır. "Tottenhem" 27 yaşlı futbolçu üçün Portuqaliya klubuna 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Benfika" Vangelis Pavlidisi 2024-cü ilin yayında "AZ Alkmar"dan 18 milyon avroya transfer edib. Yunanıstan millisinin üzvü bu müddət ərzində Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 125 rəsmi matçda 75 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью