Tottenhem in B planı : MUDRİK ÜÇÜN ŞANS

24.08.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərənin “Tottenhem” klubu hücum xəttini gücləndirmək üçün çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, London təmsilçisi “Liverpul”un niderlandlı vingeri Kodi Qakpo üçün yeni təklif göndərməyə hazırlaşır.

Bu barədə insayder Nikolo Şira məlumat yayıb.

“Tottenhem”in 27 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtləri barədə prinsipial razılıq əldə etdiyi bildirilir. Tərəflər arasında 5 illik müqavilə nəzərdə tutulub.

"Mahmızlar" mümkün uğursuzluq halı üçün alternativ variantı da müəyyənləşdirib. London klubunun “B planı” “Çelsi”nin ukraynalı cinah oyunçusu Mixaylo Mudrikdir. Baş məşqçi Roberto De Zerbi vaxtilə “Şaxtyor”da çalışdırdığı futbolçunu yaxşı tanıyır.

Mudrik uzunmüddətli fasilədən sonra bu yay yenidən meydanlara qayıdıb. Onun 2024-cü il oktyabrın 22-də götürülən dopinq nümunəsində aşağı konsentrasiyada qadağan olunmuş meldonium maddəsi aşkarlanmış, futbolçu dekabrda bu barədə məlumatlandırılmışdı. Sonradan WADA-nın texniki qaydalarında edilən dəyişikliklər və tərəflər arasında əldə olunan razılaşmadan sonra ukraynalının cəzası çəkdiyi müddətlə məhdudlaşdırılıb və o, 30 iyul 2026-cı ildən yenidən oynamaq hüququ qazanıb.

Qeyd edək ki, Kodi Qakponun “Liverpul”la müqaviləsinin daha 4 il müddəti var. Mersisayd təmsilçisinin onu yalnız hücum xəttinə əvəzləyici futbolçu transfer etdikdən sonra buraxmağa hazır olduğu bildirilir.
 

Aktürkoğlunun durumuna aydınlıq gəldi Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Almaniya Superkubokunun qalibi bəlli oldu - 12-ci dəfə “Fənər”də ciddi itki Ostervolde “Roma” yolunda - “Fənər” nə qədər qazanacaq?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью