Tottenhem in baş məşqçisi Harri Keyni Qızl top a əsas namizəd hesab edir

24.10.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Tottenhem"in baş məşqçisi Roberto De Zerbi "Bavariya"nın hücumçusu Harri Keynin "Qızıl top"a (Ballon d'Or) layiq olduğunu bildirib. Sport24.az xəbər verir ki, italyan mütəxəssis bu barədə "The Sun" nəşrinə açıqlama verib:

"Məncə, Keyn "Qızıl top"a layiqdir. Bu mükafat uğrunda rəqabət son dərəcə yüksəkdir. Məsələ təkcə qollarda deyil, onun ümumi səviyyəsindədir. O, həm "doqquz nömrə", həm "on nömrə", həm ikinci hücumçu, hətta "altı nömrə" (dayaq yarımmüdafiəçisi) kimi də oynaya bilir. O, çox yönlü futbolçudur".

Qeyd edək ki, "Qızıl top" mükafatı oktyabr 26-da Londonda təqdim olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью