Tottenhem in futbolçusu zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq

07.05.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərə təmsilçisi "Tottenhem"in yarımmüdafiəçisi Ceyms Meddison dizindən aldığı zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Bu barədə londonluların baş məşqçisi Anqelos Postekoqlu məlumat verib.

28 yaşlı oyunçu UEFA Avropa Liqasının yarımfinalında "Budyo-Qlimt"ə (Norveç) qarşı ilk oyunda (3:1) zədələnib.

Qeyd edək ki, Meddinson "Tottenhem"in mövsümü erkən başa vuran ikinci futbolçusu olub. Daha əvvəl Lukas Berqvall cidi zədə səbəbindən qarşıdakı oyunları buraxmaq məcburiyyətində qalıb.

​​​​​​"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью