sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Tottenhem"in hücumçuları Randal Kolo-Muani və Vilson Odoberin təkər partlaması səbəbindən kiçik avtomobil qəzasına düşüblər. Sport24.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Frank məlumat verib.
Baş məşqçi onu da bildirib ki, hər iki futbolçu özlərini yaxşı hiss etdiklərini və bu axşam Frankfurtda olacaqlar.
Qeyd edək ki, "Tottenhem" bu gecə Çempionlar Liqasının Əsas mərhələsinin 8-ci turunda səfərdə "Ayntraxt"la qarşılaşacaq. İngiltərə komandası 14 xalla hazırda turnir cədvəlində beşinci, Almaniya komandası isə dörd xalla 33-cü yerdədir.