Tottenhem in kapitanı bugünkü matçda oynamayacaq

08.05.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Tottenhem" UEFA Avropa Liqası yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Budo-Qlimt" oyuna ciddi itki ilə çıxacaq.

QOL.az xəbər verir ki, kapitan Son Hın Min komandasına kömək edə bilməyəcək. Cənubi Koreyalı yarımmüdafiəçi zədə səbəbindən Norveçə aparılmayıb.

Qeyd edək ki, "Budo-Qlimt" - "Tottenhem" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında Londonda keçirilən ilk oyun ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью