Tottenhem in müdafiəçisi Barselona nın radarında

25.05.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Barselona" müdafiə xəttini İngiltərə Premyer Liqasında çıxış edən ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi "Tottenhem"in argentinalı mərkəz müdafiəçisi Kristian Romeroya maraq göstərir.

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Klubu müdafiəçi üçün 60 milyon avro təzminat tələb etsə də, katalonların rəhbərliyi isə oyunçu üçün bu qədər yüksək məbləğ ödəməyi planlaşdırmır.

Xatırladaq ki, cari mövsümdə Romero londonluların heyətində ümumilikdə 32 matçda meydana çıxaraq 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Konte “Napoli”dən ayrılır? - KLUB PREZİDENTİ AÇIQLADI Portuqaliya Kuboku: 2-ci liqa komandası Avropa Liqasında! Türkiyə millisində ciddi itki - DÇ-də iştirak etməyəcək - YENİLƏNİB “Arsenal”dan “Verder”ə - RƏSMİ “Trabzonspor” iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью