Tottenhem in müdafiəçisi Niderland millisində zədələndi

30.09.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Tottenhem"in müdafiəçisi Yan Paul van Heke sıradan çıxıb.

Sportal.az xəbər verir ki, futbolçu Niderland millisinin UEFA Millətlər Liqasında Serbiyaya qarşı keçirdiyi matçda (2:1) zədələnib.

Van Heke artıq yığma komandanın düşərgəsini tərk edib. 26 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçmək və müalicə olunmaq üçün "Tottenhem"ə qayıdıb.

Qeyd edək ki, "Tottenhem" Yan Paul van Hekeni mövsümün əvvəlində "Brayton"dan 60 milyon avroya transfer edib. Təcrübəli oyunçu London təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью