Tottenhem in ulduzları avtomobil qəzasına düşdülər Şəkil

28.01.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Tottenhem"in ulduzları avtomobil qəzasına düşdülər - Şəkil

"Tottenhem"in futbolçuları Vilson Odober və Randal Kolo Muani avtomobil qəzası keçiriblər.

QOL.az xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Tomas Frank danışıb. 

Hadisə ötən gün yaşanıb. Belə ki, oyunçular Çempionlar Liqası çərçivəsində "Ayntraxt"la oyun üçün Almaniyaya uçuşa görə hava limanına gediblər. Nəticədə M25 avtomobil yolunda qəza baş verib. Mütəxəssis bildirib ki, qəzaya səbəb təkərin partlaması olub və bu da toqquşma ilə nəticələnib.

Qəzaya uğrayan avtomobil isə Kolo Muaniyə məxsus "Ferrari"dir. Avtomobil ciddi şəkildə zədələnib və təhlükəsizlik yastıqları açılıb. 

Tomas Frank qeyd edib ki, futbolçular yaxşıdırlar. Klubun tibb heyəti artıq oyunçuları müayinə edib və ciddi zədə aşkarlanmayıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью