Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Tottenham"ın yarımmüdafiəçisi Konor Qallaher komandasını dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Aston Villa", "Everton" və "Lids Yunayted" ingiltərəli futbolçu ilə maraqlanır. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi qarşıdakı aylarda mütəmadi oyun vaxtı qazana bilməyəcəyi təqdirdə, London klubundan ayrılma ehtimalını nəzərdən keçirməyə hazırdır.
Qeyd edək ki, "Tottenhem" Konor Qallaheri bu ilin yanvarında "Atletiko"dan 40 milyon avroya transfer edib. İbgiltərə millisinin üzvü cari mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi