Tottenhem ingilis yarımmüdafiəçi üçün hərəkətə keçdi

20.06.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Tottenhem" yay "transfer pəncərəsi"ndə yarımmüdafiə xəttini gücləndirmək üçün ciddi addımlar atır. Sport24.az "Teamtalk"a istinadən xəbər verir ki, London klubu "Kristal Pelas"ın gənc ulduzu Adam Uortonu transfer etmək üçün hərəkətə keçib.

​Mənbənin sözlərinə görə, baş məşqçi Roberto De Zerbi 21 yaşlı futbolçunun böyük pərəstişkarıdır. İtaliyalı mütəxəssis Uortonun texniki bacarıqları, topa nəzarəti və oyunu yönləndirmə qabiliyyətinin komandasının oyun üslubuna tam uyğun gəldiyini düşünür.
"Kristal Pelas" hələlik oyunçu üçün heç bir rəsmi təklif almadığını bildirib. Klub gənc futbolçunu satmağa tələsmir və mümkün transfer üçün olduqca yüksək məbləğ tələb etməyə hazırlaşır.
Qeyd edək ki, "Tottenhem" yay transfer dönəmi başa çatana qədər heyətinə ümumilikdə üç yeni yarımmüdafiəçi qatmağı planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью