“Tottenhem” İspaniyada təlim məşq toplanışı keçirəcək

10.10.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək

“Tottenhem” “Mançester Yunayted”lə oyundan sonra İspaniyanın Marbella şəhərində təlim-məşq toplanışına yollanacaq.

QOL.az BBC-yə istinadən xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Roberto De Zerbi bu qərarı futbolçular arasında anlaşmanı yaxşılaşdırmaq və komandanın mövsümə uğursuz startını geridə qoymasına kömək etmək məqsədilə qəbul edib.

Premyer Liqada 5 turdan sonra cəmi 2 xal toplayan “Tottenhem” sonuncu pillədə qərarlaşıb. Klub yay transfer pəncərəsində 10 yeni futbolçu üçün 250 milyon funt sterlinqdən çox vəsait xərcləsə də, sıx oyun təqvimi və milli komandaların oyunlarına görə yaranan üçhəftəlik fasilə heyətin uyğunlaşmasına mane olub.

De Zerbi “Mançester Yunayted” və “Koventri” ilə matçlar arasındakı 9 günlük müddətdən yeni formalaşdırılan heyətlə işləmək üçün yararlanmaq niyyətindədir.

Qeyd edək ki, İngiltərə klubları adətən qış aylarında isti ölkələrdə təlim-məşq toplanışı keçirirlər. Mövsümün bu qədər erkən mərhələsində, xüsusən də milli komandaların oyunlarından dərhal sonra İspaniyaya yollanmaq qeyri-adi qərar hesab olunur.

“Tottenhem” oktyabrın 10-da “Mançester Yunayted”lə oyundan sonra İspaniyaya gedəcək. London klubu növbəti matçını oktyabrın 19-da “Koventri”yə qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью