Tottenhem kapitanı ilə yollarını ayıracaq

12.02.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Tottenhem"in kapitanı Son Hın Min komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, London klubu cənubi koreyalı vingerlə yollarını ayırmağı planlaşdırır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Klub rəhbərliyi mövsümün sonunda 32 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək. Təcrübəli oyunçunun yeni mövsümə başqa klubda başlayacağı gözlənilir.

Qeyd edək ki, "Tottenhem" Son Hın Mini 2015-ci ilin avqust ayında "Bayer"dən transfer edib. Cənubi Koreya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью