“Tottenhem” klub tarixinin rekord transferini reallaşdırır 85 milyon funt

30.06.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

“Tottenhem” Mateus Fernandesin transferi ilə bağlı “Vest Hem”lə razılıq əldə edib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, London klubu 20 yaşlı portuqaliyalı mərkəz yarımmüdafiəçisi üçün 85 milyon funt sterlinq məbləğində ödəniş edəcək. Bu keçid “Tottenhem” tarixinin ən bahalı transferi olacaq.

Bildirilir ki, “Mançester Yunayted” də futbolçu ilə maraqlansa da, razılaşmadan sonra diqqətini digər namizədlərə yönəldəcək.

Qeyd edək ki, Mateus Fernandes “Vest Hem”ə 2025-ci ildə qoşulub. O, ötən mövsüm bütün turnirlərdə 46 oyunda 7 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Mərakeş Kanadaya rəqib oldu - 1/8 finalın ilk matçı Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi Noyerdən vida - Almaniya millisində son matçına çıxdı Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm” Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью