Tottenhem klubu 48 illik antirekordu təkrarlayıb

04.04.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Tottenhem" İngiltərə Premyer Liqasının 30-cu turunda "Çelsi"yə uduzub - 0:1.

Oxu.Az xəbər verir ki, London derbisinin taleyini Enzo Fernandesin 50-ci dəqiqədə vurduğu qol həll edib.

"Tottenhem" üçün bu məğlubiyyət Premyer Liqanın cari mövsümündə 16-cı olub. Klub bu nəticə ilə 48 ildən sonra antirekorda imza atıb.

"Tottenhem" 34 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Klub aprelin 6-da doğma meydanda "Sauthempton"u qəbul edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью