“Tottenhem” “Mançester Siti”nin iki ulduzuna “göz dikdi”

20.08.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

“Tottenhem” “Mançester Siti”nin iki futbolçusunu transfer etmək istəyir.

Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

London klubu 22 yaşlı vinger Savinyo və 27 yaşlı hücumçu Omar Marmuşun keçidi ilə bağlı danışıqlar aparır.

Tərəflər arasında danışıqların artıq son mərhələyə çatdığı bildirilir.

“Şəhərlilər” hər iki futbolçunu ümumilikdə 150 milyon funt sterlinqə satmağa hazırdır.

Qeyd edək ki, Savinyo 2024-cü ildən “Mançester Siti”də çıxış edir. Marmuş isə ötən ilin yanvarında “Ayntraxt”dan İngiltərə klubuna keçib.

"Real" Bernardonu rəsmən təqdim etdi “Fənərbaxça”nın hücumçusu Premyer Liqaya keçdi – 24,5 milyon avroya “Roma” “Porto”nun 19 yaşlı futbolçusunu transfer etdi - RƏSMI “Çelsi” Joao Pedro ilə yeni müqavilə bağlayır – Maaşı artırıldı “Mançester Yunayted” Balebaya yaxınlaşdı – 65 milyon funtluq təklif
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью