Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Tottenhem" heyətini yeni hücumçu ilə gücləndirməyə çox yaxındır.
Fanat.Az Florian Plettenberqə istinadən xəbər verir ki, London klubu Omar Marmuş ilə şəxsi şərtlər barədə tam şifahi razılıq əldə edib.
Futbolçunun hazırkı klubu "Mançester Siti" ilə danışıqlar artıq irəliləyən mərhələdədir.
Əgər son anda hər hansı sürpriz baş verməzsə, klublararası müqavilənin yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.