Tottenhem niderlandlı üçün yeni təklif hazırlayır

25.08.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Tottenhem" "Liverpul"un niderlandlı hücumçusu Kodi Qakponu transfer etmək üçün yeni və daha yüksək təklif hazırlayır. Sport24.az xəbər verir ki, bu barədə "Soccer News NL" məlumat yayıb.
London klubu daha əvvəl 60 milyon funt-sterlinqlik təkliflə "Liverpul"a müraciət etsə də, mersisaydlılar bu təklifi rədd edib. Buna baxmayaraq, "Tottenhem" niderlandlı futbolçunu heyətinə qatmaq niyyətindən əl çəkməyib və yaxın günlərdə yeni təklif göndərməyə hazırlaşır.
"Mahmızlar"ın baş məşqçisi Roberto De Zerbinin də Qakponun transferində maraqlı olduğu və klub rəhbərliyindən yeni cəhd etməsini istədiyi bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью