“Tottenhem” Ömər Marmuşla maraqlanır

20.12.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mançester Siti”nin hücumçusu Ömər Marmuş karyerasını İngiltərə Premyer Liqasının başqa bir klubunda davam etdirə bilər.

Apasport.az xəbər verir ki, Londonun “Tottenhem” klubu Misir millisinin futbolçusunun xidmətində maraqlıdır.

Bildirilir ki, "spurs" Marmuşu hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri kimi dəyərləndirir.

Qeyd edək ki, “Mançester Siti” Ömər Marmuşu bu ilin əvvəlində 75 milyon avro qarşılığında transfer edib. Hücumçu cari mövsümdə bütün turnirlər üzrə 15 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Marmuşun “Mançester Siti” ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı misirli futbolçunun bazar dəyərini 65 milyon avro olaraq qiymətləndirir.

“Beşiktaş” Serbiya millisinin üzvü ilə maraqlanır İtaliya Superkubokunun final cütü BƏLLİ OLDU Donnarumma yenə zirvədə - ilin ən yaxşısı seçildi “Fənərbaxça” prezidentinə narkotik ittihamı: məhkəməyə çağırıldı PSJ-yə kuboku qazandırdı - ƏLİ SINDI
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью