Icma.az, Apasport portalına istinadən məlumat yayır.
“Tottenhem”in futbolçusu Joao Palinya “Bavariya”ya qayıdacaq.
Apasport.az xəbər verir ki, London klubu portuqaliyalı yarımmüdafiəçinin transfer hüquqlarını almayacaq.
Bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
“Tottenhem” daha əvvəl Sandro Tonali və Mateuş Fernandeşi heyətinə qatdığı üçün 30 yaşlı futbolçunu komandada saxlamaq niyyətində deyil.
Palinyanın “Sportinq”ə qayıtmaq variantı da müzakirə olunur. Lakin “Bavariya”nın portuqaliyalı futbolçu üçün tələb etdiyi məbləğ keçidin reallaşmasını çətinləşdirir.
Qeyd edək ki, Palinyaya başqa klublar da maraq göstərir. Futbolçunun gələcəyi ilə bağlı danışıqlar davam edir.
Mahrez millidən getdi – Kapitan karyerasını başa vurdu Perişiçdən tarixi göstərici – Ronaldo və Messidən sonra üçüncü sırada DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA Ronaldo karyerasını bitirir? - Özü açıqladı Ronaldo fərqləndi - Matçın ən yaxşısı seçildi