Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
Futbol üzrə İngiltərə Premyer Liqa klublarından "Tottenhem"in yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, London klubu Tomas Franka həvalə olunub.
O bu postda Ange Postekoğlunu əvəzləyib.
"Spurs" keçid üçün Frankın klubu "Brentford"a 10 milyon funt sterlinqə yaxın sərbəstqalma məbləği ödəyib.
"Brentford" ötən mövsüm 51 yaşlı danimarkalı mütəxəssisin rəhbərliyi altında Premyer Liqanı 10-cu pillədə tamamlayıb.