Tottenhem Postekoğlunun gələcəyi ilə bağlı qərarını verdi

22.04.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"Tottenhem" bu mövsümünün sonunda baş məşqçi dəyişikliyinə hazırlaşır.

Fanat.Az xəbər verir ki, London komandası hətta UEFA Avropa Liqasının qalibi olsa belə, Angelos Postekoğlu istefaya göndəriləcək.

"The Telegraph" bu iddia ilə çıxış edib.

Avstraliyalı mütəxəssisin yerinə əsas namizədlər də bəllidir. Söhbət Andoni İraola ("Bornmut"), Marko Silva ("Fulhem") və Tomas Frankdır ("Brentford").

"Tottenhem" Premyer Liqada 33 turdan sonra 16-cı pillədə qərarlaşıb. Londonlular AL-in yarımfinalında "Budyo Qlimt"lə üz-üzə gələcəklər.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью