“Tottenhem” qanalı vingerə 40 milyon verməyə hazırdır

09.03.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Premyer Liqanın 5 klubu "Bornmut"un vingeri Antuan Semenyo ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" nəşri məlumat yayıb.

Qanalı futbolçuya ən çox maraq göstərən isə "Bornmut"a 40 milyon avro təzminat təklif etməyə hazır olan "Tottenhem"dir.

Semenyo bu mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью