“Tottenhem” qapıçı alır İdman və Biz

04.01.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Tottenhem” heyətinə yeni qapıçı qatmağa yaxındır.

İdman.biz xəbər verir ki, İngiltərə klubu kiçik Antonin Kinski ilə müqavilə imzalayacaq.

“Slaviya”nın qapıçısı artıq tibbi müayinədən keçmək üçün Londondadır. Tərəflər arasında şifahi razılıq əldə olunub.

Kiçik Antonin Çexiya millisinin sabiq qapıçısı Antonin Kinskinin oğludur. O, karyerasına atasının rəhbərliyi altında “Dukla”da başlayıb.

Qeyd edək ki, Kinski “Slaviya”nın əsas komandasına 2024-cü ilin yayında debüt edib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью