Tottenhem qışda hücumçu transfer etmək istəyir: Namizədlər müəyyənləşib

26.10.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Tottenhem" qış "transfer pəncərəsi" dövründə heyətinə yeni hücumçu qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "TeamTalk" poratlı məlumat yayıb.

London təmsilçisi artıq namizədlərdən ibarət qısa siyahı hazırlayıb. Siyahıya Eli Junior Krupi ("Bornmut"), Jan-Filip Mateta ("Kristal Pelas"), Vangelis Pavlidis ("Benfika"), Roberto Fernandes ("Espanyol") və İqor Matanoviç ("Frayburq") daxildir.

"Arsenal" da 20 yaşlı Krupiyə maraq göstərir. "Bornmut"un fransalı hücumçu üçün azı 100 milyon funt-sterlinq tələb edəcəyi gözlənilir.

Qeyd edək ki, "Tottenhem" Premyer Liqadakı son iki matçında "Koventri"ni (3:1) və "Çelsi"ni (2:0) məğlub edərək, mövsümə uğursuz başlamasının ardından vəziyyəti düzəltməyə nail olub. Roberto De Zerbinin komandası indiyədək topladığı doqquz xalla turnir cədvəlində 12-ci pilləyə yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью