“Tottenhem” Sandro Tonalini rekord məbləğə transfer edib

06.07.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali karyerasını İngiltərənin “Tottenhem” klubunda davam etdirəcək.

İdman.Biz xəbər verir ki, London təmsilçisi futbolçunu “Nyukasl”dan transfer edib.

Transferin dəyəri bonuslar da daxil olmaqla 116 milyon avroya qədər qiymətləndirilir. Bununla da Tonalinin keçidi “Tottenhem” tarixinin ən bahalı transferi olub.

İtaliyalı yarımmüdafiəçi 2023-cü ildə “Milan”dan “Nyukasl”a keçib. O, yeni mövsüm ərəfəsində “Tottenhem”in ən mühüm transferlərindən biri hesab olunur.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью