Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Londonun "Tottenhem" klubu hücum xəttinə böyük sərmayə qoymağa davam edir.
Fanat.Az "talkSPORT" portalına istinadən xəbər verir ki, "Tottenhem" və "Mançester Siti" Savinyonun transferi üzrə razılıq əldə etməyə çox yaxındır.
Tərəflər arasında razılaşdırılan yekun transfer məbləğinin təxminən 85 milyon funt-sterlinq olacağı gözlənilir.
Braziliyalı vingerin tezliklə tibbi müayinədən keçərək London təmsilçisi ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.