“Tottenhem” slovakiyalı qolkiperi transfer etdi

24.06.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Tottenhem” yeni ehtiyat qapıçı transferini reallaşdırıb. Klub təcrübəli slovakiyalı qolkiper Martin Dubravka ilə razılığa gəlib.

Məlumata görə, Dubravka London təmsilçisinə azad agent statusunda qoşulacaq. Komandanın əsas qapıçısı kimi isə Antoní Kinski nəzərdə tutulur.

Bu fonda hazırkı qapıçı Vikario Qulyelmo komandadan ayrılmağa hazırlaşdığı bildirilir. İtaliyalı qolkiperlə “Yuventus” və “Napoli” maraqlanır.

Qeyd olunur ki, Dubravka “Tottenhem”lə qısamüddətli müqavilə imzalayacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью