Tottenhem sonuncu dəfə 1971 ci ildə əldə etdiyi nailiyyəti təkrarladı

02.05.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərənin "Tottenhem" klubu avrokuboklar tarixində ikinci dəfə oyunun ilk dəqiqəsində qol vurub.

Oxu.Az "Opta"ya istinadən xəbər verir ki, London təmsilçisi sonuncu dəfə 1971-ci ilin dekabrda bunu bacarıb.

Paytaxt klubu ötən gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk matçında, evdə Norveçin "Budyo Qlimt" komandasına 3:1 hesabı ilə qalib gəlib. Görüşün 1-ci dəqiqəsində Brennan Conson hesabı açıb.

"Tottenhem" 1971-ci ildə UEFA Kubokunda (hazırkı Avropa Liqası) Rumıniyanın "Rapid" (Buxarest) kollektivi ilə qarşılaşmanın ilk dəqiqəsində rəqibi məyus edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью