Tottenhem tarixinin ən pis göstəricisi

13.09.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Ötən gün Premyer Liqanın 4-cü turu çərçivəsində "Tottenhem" öz meydanında "Everton"la qolsuz (0:0) bərabərə qalıb. Sport24.az xəbər verir ki, bununla da London təmsilçisi ardıcıl dörd oyunda meydanı qolsuz tərk edib. 

"Squawka" statistik portalının məlumatına görə, bu, londonluların tarixindəki ən pis göstəricidir.

Qeyd edək ki, bundan əvvəl "Tottenhem" "Brentford" (0:3) və "Nyukasl"a (0:2) məğlub olmuş, "Nottingem"lə isə heç-heçə (0:0) edib. Dörd turdan sonra Roberto De Zerbinin komandası iki xalla Premyer Liqa turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью