“Tottenhem” Traffordu izləyir” − “The Sun”

09.04.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


“Tottenhem Hotspur” “Mançester Siti”nin qapıçısı Ceyms Traffordun vəziyyətini izləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Bildirilib ki, Canluici Donnarummanın ehtiyat oyunçusu olmaqla kifayətlənmək istəməyən Trafford transferi ciddi şəkildə nəzərdən keçirir. Bu mövsümün sonunda əsas qapıçısı Quqlielmo Vikario ilə yollarını ayıracağı gözlənilən “Tottenhem Hotspur” oyunçuya xidmətlərini təklif etməyə hazırdır.
23 yaşlı ingilis həmçinin “Nyukasl” və “Aston Villa”nın da marağına səbəb olub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью