“Tottenhem” üçün yeni namizədlər

18.03.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Tottenhem” baş məşqçisi Ange Postekoqlu ilə yollarını ayırmağı düşünür.

Futbolpress.az xəbər verir ki, London klubunun rəhbərliyi mütəxəssisin işindən narazıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Tottenhem” rəsmiləri artıq yeni baş məşqçi namizədlərini nəzərdən keçirir. Bu posta Marko Silva və Andoni İraola əsas namizədlərdəndir.

Marko “Fulhem”ə, Andoni isə “Bornmut”a rəhbərlik edir.

“Tottenhem” Premyer Liqada 29 turdan sonra 34 xalla 14-cü sıradadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью