Tottenhem ukraynalı üçün tələb olunan pulu verməyə hazırdır

21.07.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bornmut"un müdafiəçisi İlya Zabarnıy karyerasını "Tottenhem"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Mənbənin sözlərinə görə, London klubu 22 yaşlı ukraynalı üçün tələb olunan qiyməti ödəməyə hazırdır. "Bornmut"un futbolçu üçün təxminən 70 milyon avro almaq istədiyi bildirilir.

Qeyd edək ki, Zabarnıy 2023-cü ildən "Bornmut"da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 39 oyun keçirib və 1 qolun ötürməsini verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью