Icma.az bildirir, Apasport portalına istinadən.
İngiltərənin “Tottenhem” və “Aston Villa” klubları “Benfika”nın futbolçusu Canluka Prestianni ilə maraqlanır.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri 20 yaşlı cinah oyunçusunu mövsümün əvvəlindən yaxından izləyirlər.
“Atletiko”nun da argentinalı futbolçuya maraq göstərdiyi bildirilir. Hələlik rəsmi təklif və ya danışıqlar barədə məlumat yoxdur.
Prestianninin “Benfika” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Onun sözləşməsində 100 milyon avroluq sərbəstqalma məbləği nəzərdə tutulub.
Argentinalı futbolçu cari mövsümdə Portuqaliya çempionatında keçirdiyi 7 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Prestianni 2024-cü ildən “Benfika”nın formasını geyinir.
Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var” İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır Belçika – Türkiyə matçının hakimi müəyyənləşdi “Barselona” və “Fənərbaxça” öncəsi – Dursun Özbekdən futbolçulara müjdə “Real”ın ulduzu dublyorla əvəzlənib? – “Bu, həqiqi Vinisius deyil”