Tottenhem və Beşiktaş fransız qapıçı uğrunda mübarizə aparır

10.06.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransanın PSJ klubunun qapıçısı Luka Şevalye digər klubların maraq dairəsində qalmaqda davam edir.

İdman.Biz xəbər verir ki, qarşıdakı transfer pəncərəsində fransalı qolkiperin transferi uğrunda İngiltərənin "Tottenhem" və Türkiyənin "Beşiktaş" klubları mübarizə aparmağa hazırlaşır.

Beləliklə, 24 yaşlı qapıçının PSJ-dən ayrılmaq ehtimalı yüksəkdir.

Luka Şevalye ötən ilin yayında 40 milyon avro qarşılığında "Lill"dən Paris təmsilçisinə keçib. Ancaq o, Luis Enrikenin komandasında əsas heyətdə möhkəmlənə bilməyib və start heyətində yerini Matvey Safonova uduzub.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью