Tottenhem yarımmüdafiəçisini Premyer Liqa klkubuna satır 3 illik müqavilə

09.08.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Manor Solomon “Tottenhem”dən “Vest Hem”ə keçir.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər transferi razılaşdırıblar və futbolçu sabah tibbi müayinədən keçəcək.

“Tottenhem” israilli yarımmüdafiəçi üçün 5 milyon funt-sterlinq alacaq. Daha 2 milyon funt bonuslar şəklində nəzərdə tutulub.

Solomon “Vest Hem”lə 3 illik müqavilə imzalayacaq. Sazişdə müqaviləni 2030-cu ilə qədər uzatmaq opsiyası olacaq.

Qeyd edək ki, ötən mövsüm Solomon icarə əsasında “Vilyarreal” və “Fiorentina”da çıxış edib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью