Tottenhem yunan hücumçunu istəyir

12.10.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Benfika"nın hücumçusu Vangelis Pavlidis "Tottenhem"in maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Mənbənin sözlərinə görə, London klubu "Fulhem", "Aston Villa", "Milan" və "Yuventus" kimi bir sıra digər klubların da diqqətini çəkən 27 yaşlı futbolçunu izləyir. Bununla belə, yunan hücumçunu heyətinə qatmaq məsələsində əsas namizəd kimi "Barselona" göstərilir. 

Qeyd edək ki, Pavlidis cari mövsümdə keçirdiyi 13 oyunda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью