futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Tottenhem” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, komandanın cinah oyunçusu Deyan Kuluşevski sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqada “Kristal Pelas”la matçda (0:2) dizindən zədə alan yarımmüdafiəçi əməliyyat olunacaq. O, Avropa Liqasının finalında mayın 31-də “Mançester Yunayted”ə qarşı keçiriləcək görüşü buraxmalı olacaq.
Kuluşevski bu mövsüm 50 oyunda 10 qol vurub, 11 məhsuldar ötürmə edib.