“Tottenhem”də gözlənilən qərar: İqor Tudoru Tyaqo Motta əvəzləyə bilər

09.03.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Londonun “Tottenhem” futbol klubunda baş məşqçi dəyişikliyi gündəmdədir. Hazırda komandanın başında İqor Tudor olsa da, rəhbərlik uğursuz nəticələrə görə yeni variantlar axtarışına çıxıb.

İdman.Biz “Corriere dello Sport” nəşrinə istinadla xəbər verir ki, “mahmızlar”ın əsas hədəfi “Yuventus”un keçmiş baş məşqçisi Tyaqo Mottadır.

2025-ci ilin martında Turin klubundan ayrılan və hazırda işsiz olan mütəxəssis London təmsilçisi üçün ən real namizəd hesab olunur. Mottanın adı bundan əvvəl “Milan” və “Real Sosyedad” kimi klublarla da hallanıb.

Qeyd edək ki, “Tottenhem” hazırda Premyer Liqada olduqca çətin günlər keçirir. Komanda 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Təhlükəli zonadan cəmi bir xal uzaqda olan londonluların növbəti itkiləri onları autsayderlər sırasına sala bilər.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью