Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərə Premyer Liqasında mövsümə son dərəcə zəif başlayan "Tottenhem" klub tarixinin ən acınacaqlı antirekordlarından birinə imza atıb.
“Yeni Sabah” xəbər verir ki, London təmsilçisi çempionatın ilk üç turunda rəqib qapılarına yol tapa bilməyib.
1973/1974 mövsümündən bəri ilk dəfə çempionatın startında dalbadal üç matçı qol vurmadan tamamlayan "xoruzlar" 1 heç-heçə və 2 məğlubiyyətlə cəmi 1 xal toplaya bilib. Dördpendirli pizza
Top fərqi 0:5 olan komandada hücum xəttinin kəsərsizliyi azarkeşlərin və idman mütəxəssislərinin kəskin tənqidinə səbəb olub. London təmsilçisinin bu böhranlı seriyaya növbəti turda son qoyub-qoymayacağı maraqla gözlənilir.