“Tottenhem”dən antirekord 52 ildən sonra ilk dəfə

30.08.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Tottenhem” İngiltərə Premyer Liqasının ilk iki turunda qələbə qazana və qol vura bilməyib.

Apasport.az xəbər verir ki, London təmsilçisi bu nəticə ilə 1974/75 mövsümündən sonra ilk dəfə çempionata ilk iki oyunda qolsuz başlayıb.

Komanda ilk turda səfərdə “Brentford”a 0:3, ikinci turda isə doğma meydanda “Nyukasl”a 0:2 hesabı ilə uduzub.

Roberto De Dzerbinin rəhbərlik etdiyi kollektiv iki turdan sonra xalsızdır və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Qeyd edək ki, “Tottenhem” növbəti oyununu sentyabrın 5-də səfərdə “Nottingem Forest”ə qarşı keçirəcək.

Leao addım-addım “Qalatasaray”a - Morata ölkəsinə qayıtdı Alvarez “Siti”yə qayıdır? Günün oyunları bu kanallarda - TV AFİŞA Cengiz ünder rəsmən “Çorum”da
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью