futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mövsümöncəsi hazırlıq prosesini davam etdirən Avropa klubları növbəti yoxlama matçlarını keçiriblər.
Futbolpress.az xəbər verir ki, “Tottenhem” İspaniyanın “Xetafe” komandası ilə sülh bağlayıb (1:1). Qarşılaşmada hissələr 35 dəqiqə davam edib.
İspaniya təmsilçisi 65-ci dəqiqədə Alberto Alkantaranın qolu ilə önə keçsə də, London klubu 70-ci dəqiqədə Konor Qallaxerin dəqiq zərbəsi ilə tarazlığı bərpa edib.
Günün digər qarşılaşmasında “Bayer” komandası “Sevilya”ya üstün gəlib (2:1). Leverkuzen klubuna qələbə qazandıran qolları ikinci hissədə dubl edən Patrik Şik vurub. “Sevilya”nın yeganə cavab qoluna isə Migel Syerra imza atıb.