Tottenhemin baş məşqçisi: Qalatasaray yaxşı bir komandadır və... | Icma.az
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. "Bizi inanılmaz atmosfer gözləyir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində "Qalatasaray"ın qonağı olacaq İngiltərənin "Tottenhem" komandasının baş məşqçisi Ange Postecoglou mətbuat konfransında deyib.
O bildirib ki, İstanbulda çətin komanda ilə oynayacaqlar: "Bizi fantastik bir stadionda inanılmaz atmosfer gözləyir.
Çox yaxşı komandaya qarşı oynayacağıq. Qarşılaşmanı səbirsizliklə gözləyirik. Hər bir oyunçu belə bir şəraitdə oynamaq istəyir.
"Qalatasaray" yaxşı bir komandadır və fərdi olaraq yaxşı oyunçuları var. Hücumda təhlükəlidirlər. Ona görə müdafiədə yaxşı oynamalıyıq.
Təbii ki, "Qalatasaray" evdə oynayacaqları üçün daha enerjili olacaq. Özümüzü buna hazırlamışıq".
Fərid Aslan MİA.AZ Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu