Tottenhemin futbolçusu yeddi oyunluq cəzalandırılıb

18.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərə Futbol Assosiasiyası "Tottenhem"in futbolçusu Rodriqo Bentankuru 7 oyunluq cəzalandırıb.

"Report"un məlumatına görə, buna yarımmüdafiəçinin cənubi koreyalı komanda yoldaşı Son Hın Minə qarşı irqçilik etməsi səbəb olub.

Uruqvaylı oyunçu həmçinin 100 min funt sterlinq cərimələnib.

Qeyd edək ki, Bentankur qalmaqallı açıqlama vermişdi. O, Son Hın Min haqqında danışarkən koreyalıları ayırd etməyin çətin olduğunu söyləyib. Yarımmüdafiəçi komanda yoldaşından üzr istəsə də, irqçilikdə ittiham edilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью