“Tottenhem”in futbolçusu zədə səbəbindən bu il meydana çıxmayacaq

22.08.2025

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin “Tottenhem” komandasının futbolçusu Deyan Kulusevskinin zədəsi ciddidir.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, dizindəki zədə səbəbindən ötən mövsümün son oyunlarını buraxan İsveç millisinin üzvü bu il meydana çıxa bilməyəcək. Onun sağalma prosesi ləngiyib.

Həkimlərin rəyinə əsasən, yarımmüdafiəçi 2026-cı ildə sıraya dönəcək.

Yay təlim-məşq toplanışında zədələnən London təmsilçisinin digər aparıcı futbolçusu Ceyms Meddison da mövsümün böyük hissəni buraxmalı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью