“Tottenhem”in kapitanı finalın ən yaxşısı seçilib

22.05.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 may, AZƏRTAC

UEFA Avropa Liqasının finalında üz-üzə gələn “Tottenhem” və “Mançester Yunayted” komandaları arasında oyunun ən yaxşısı bəlli olub.

AZƏRTAC xəbər verir ki, bu ada London klubunun kapitanı Kristian Romero layiq görülüb. 27 yaşlı argentinalı müdafiəçi komandasının 1:0 hesabı ilə qalib gəldiyi görüşdə liderlik nümayiş etdirib.

42-ci dəqiqədə Brennan Conson vurduğu qol “Tottenhem”ə Avropa Liqasına titulunu qazandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью