“Tottenhem”in kapitanı PSJ nin hədəfində

15.02.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

PSJ müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisinin əsas hədəfi "Tottenhem"in kapitanı Kristian Romerodur.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İddialara görə, argentinalı futbolçu Londonda xoşbəxt deyil və klubdan ayrılmaq istəyir. PSJ 27 yaşlı mərkəz müdafiəçisi üçün İngiltərə klubuna 90 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Tottenhem" Kristian Romeronu 2022-ci ilin yayında "Atalanta"dan 52 milyon avroya transfer edib. Argentina millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Komandanı avrokuboklara apardı, qarşılığında qovuldu "Bavariya" Fransalı müdafiəçi ilə bağlı qərarını verdi - MÜQAVİLƏSİ UZADILDI "Yunayted"in baş məşqçisi ən yaxşısı seçilib Premyer Liqada ayın ən yaxşısı müəyyənləşib "Əl-Hilal" seneqallı müdafiəçi ilə müqavilə yeniləyib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью