Totti Kenan Yıldız barədə: Əsl 10 nömrə deyil

08.06.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Roma" və İtaliya futbolunun əfsanəsi Françesko Totti "Yuventus"un və Türkiyə millisinin futbolçusu Kənan Yıldızın performansı ilə bağlı fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, Totti bu barədə "Sky Sport"a açıqlama verib.

O, türk futbolçunun hansı mövqedə daha yaxşı olduğunu deyib:

"Mənim üçün Yıldız əsl "10 nömrə" deyil. Onun göstəriciləri həm hücumçuya, həm də "10 nömrə"yə uyğundur. Kenandan böyük gözləntilər var. Komandası üçün çox fədakarlıqlar edir.

O, texniki cəhətdən istedadlı, müasir və inkişaf etmiş oyunçudur. Amma düşünürəm ki, əsl 10 nömrəli oyunçularla müqayisədə geri qalır. Çünki meydanda fantaziya, yaradıcılıq baxımından yüksək qabiliyyətə sahib deyil".

"Zirə"də ayrılıq: Tiaqo Silva getdi "Kəpəz" futbolçu seçimi etdi Yığmamız Bəhreyni böyük hesabla məğlub etdi - YENİLƏNİB "Sabah"ın "Lill"dən ikinci transferi: "BAYQUŞLAR" DAYANMIR Şamaxıda ayrılıq: Msanqa göndərildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью